İmişli Şəkər Zavodu fəaliyyətini dayandırdı –Xaricdən idxal 500 nəfəri işsiz qoydu

İmişli Şəkər Zavodunun fəaliyyəti demək olar ki, dayandırılıb və 500 nəfərə yaxın adam məzuniyyətə göndərilib. 

Azpost.info bildirir ki, bu barədə Turan-a zavodun mühəndisi Elsevər Muradov məlumat verib. Onun sözlərinə görə, zavodun fəaliyyəti bir aydan çoxdur dayandırılıb. “Zavodun fəaliyyətinin dayandırılmasının səbəbi şəkərin Rusiyadan alıb ucuz qiymətə ölkənin bazarında satılmasıdır. Bilmirəm, bu vəziyyət kimə lazımdır, amma zavodun fəaliyyəti demək olar ki, çöküb. İş orasındadır ki, anbarlar hazır malla dolu ola-ola bizim işləməyimizin mənası yoxdur. Ona görə, işçilər məzuniyyətə buraxılıb.

Muradov qeyd etdi ki, işçilərə pul ödənildi. “Kimin məzuniyyəti qalmışdısa, onlar tam şəkildə əməkhaqını aldılar, kim öz hüququndan istifadə etmişdisə onlara yalnız 60% ödənildi. Amma belə davam etsə, insanlar çətin duruma düşəcək”.

Mühəndis əlavə etdi ki, zavodun işçilərini İmişli Rayon İcra Hakimiyyətinə dəvət ermişdilər. “Bizi dəvət edib durumla maraqlandılar. Görüşün sonunda razılığa gəlinib ki, zavodun bağlanması və işçilərin ixtisara salınması prosesi bir həftəlik dayandırılacaq. İcra Hakimiyyəti məsələ ilə bağlı ölkə rəhbərliyinə məruzə edəcək. Məsələ həll olunmasa ölkədə yeganə şəkər istehsal edən zavod bağlanacaq”.

Muradodov həmçinin bildirdi ki, zavodun işçiləri bu gün rayonun mərkəzində aksiya keçirmək üçün toplaşıb. “Lakin İcra Hakimiyyəti bizə söz verdiyinə görə işçilər aksiya keçirmədən evə getdilər”.

Məsələ ilə bağlı İmişli Şəkər Zavodundan və İmişli Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Parlamentinin Lordlar Palatası “Brexit” sazişini təsdiqləyib

Sonrakı məqalə

Prezident İlham Əliyev: