İmişlidə avtomobil kanala aşdı –

Bir ailənin 5 üzvü boğulub öldü (FOTO)
09 Sentyabr 2019 - 11:05

İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri – sürücünün qardaşı – 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər. (APA)

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.