İmişlinin icra başçısı qəzəbli açıqlama yaydı:"Yataqxanada kirayə qalıram, heç nəyim yoxdur"

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.
Açıqlamada bildirilir ki, məlumatların heç biri həqiqətə uyğun deyil.
“Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”, – deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib. (qafqazinfo)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında görüş keçiriləcək

Sonrakı məqalə

Hafiz Hacıyev: