“İmtahan kitabçasını özü ilə aparan abituriyentin nəticəsi ləğv olunacaq”-DİM

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda sual kitabçalarının nəyə görə abirutiyentlərə verilmədiyinə aydınlıq gətirib.

M. Abbaszadə mətbuat konfransında deyib ki, vaxtı ilə sual kitabçaları imtahan bitəndə abituriyentlərə paylanırdı: “Bu addımı şəffaflığı artırmaq üçün edirdik, amma yaxşı dərk edirdik ki, elmliyi şəffaflığa qurban veririk. Amma bu suallar daha sonra imtahanlara salınmırdı. Yeni növ, yəni bacarığı yoxlayan imtahanların suallarını hazırlamaq daha çətin və daha daha bahadır. Artıq imtahandan sonra kitabçaları paylamırıq, aboturiyentlərdən tələb edirik”.

Məleykə Abbaszadə deyib ki, sual kitabçasını özü ilə aparan abituriyentin nəticəsi ləğv olunacaq: Bu test təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır”.

DİM-in Direktorlar Şurasının sədri eyni zamanda qeyd edib ki, fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanında kitabçanı aparan şəxslər də müəyyənləşib və onların nəticəsi ləğv olunacaq: “Bununla bağlı qərar vermişəm” – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları Ukraynanı necə tərk edə bilər? –

Sonrakı məqalə

Haaqa Məhkəməsi Ukrayna ilə bağlı təhqiqat başlada bilər