İnək sağıcı qadını vurdu –

Gəncədə bədbəxt hadisə
19 Oktyabr 2019 - 21:09

Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə Gəncə şəhəri Ə. Cavad küçəsi 68 ünvanında qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Anarə Hüseynova inək sağarkən heyvan onu vurub. Nəticədə qadın gözündən ağır zərbə alıb.Xəstəxanaya yerləşdirilən qadının sol gözü amputasiya edilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. (APA)