İngiltərə COVİD-lə bağlı bütün qadağaları ləğv edir

22.02.2022 · 12:03 · Sosial

İngiltərə koronavirusla bağlı tətbiq edilən son məhdudiyyətləri də aradan qaldırmağa hazırlaşır.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Britaniya baş naziri Boris Conson parlamentdə çıxışı zamanı deyib. O, bunun fevralın 24-də baş verəcəyini qeyd edib.
Conson qeyd edib ki, koronavirus testinin müsbət çıxaçağı təqdirdə özünütəcrid rejiminə keçməyə ehtiyac yoxdur və bu rejimdə olanlara dəstək üçün mövcud ödənişlər də ləğv edilir.
Bununla belə, aprelin 1-dək test nəticələri müsbət olanlara hələ də evdə qalmaq tövsiyə edilir.
Baş nazir əlavə edib ki, böyük xərclərə görə testlərin pulsuz olması da ləğv ediləcək, Lakin əhalinin xüsusilə həssas kateqoriyaları üçün belə bir imkan qalacaq.
Azpost.info