İngiltərə Premyer Liqası:

“Tottenhem” səfərdə böyük hesabla qələbə qazanıb
20 Sentyabr 2020 - 18:24

Sentyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasında II turun bir oyunu keçirilib.

Çempionatın iddialı klublarından sayılan “Tottenhem” səfərdə “Southemton” komandasını qonağı olub. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Son Xın-Min (4), Hari Keyn fərqləniblər. “Southemton”un hər iki qolunu isə Denni İnqs vurub.

Premyer Liqanın birinci turunda “Southemton” səfərdə “Kristal Palas”a, “Tottenhem” isə öz meydanında “Everton”a 1:0 hesabı ilə məğlub olmuşdu.