İngiltərə Premyer Liqasında XV tur –NƏTİCƏLƏR

Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha 4 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə “Tottenhem” “Çelsi”ni qəbul edib. Yeddi qolun vurulduğu London derbisində qonaqlar 4:3 hesablı qələbə qazanıblar.

Günün digər matçlarında “Arsenal” səfərdə “Fulhem”lə 1:1, “Brayton” “Lester”lə 2:2 hesablı heç-heçə edib, “Bornmut” isə “İpsviç”ə qalib gəlib – 2:1.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 35 xalla “Liverpul” başçılıq edir. Mersisayd klubunun ehtiyatda daha bir oyunu var.

Əvvəlki məqalə

“Dünyada cəmi iki lider qalıb – Mən və Putin” –

Sonrakı məqalə

İnsan yaddaşı nəyi, harada və nə vaxt xatırlayır?