İngiltərə və Pakistan bu sahədə birgə çalışacaqlar

- Şahzadə Uilyam açıqladı
18 Oktyabr 2019 - 11:55

Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Broqil Milli parkındakı Çiatibo buzlağının ətəyinə baxıblar.

Qonaqlar qlobal istiləşmə nəticəsində buzlağın həcminin xeyli azaldığının şahidi olublar.

Onlara bildirilib ki, Şimali Pakistanın dağ massivindəki buzlaqlar 1,6 milyard insanı su ilə təmin edir. Qeyd edilib ki, bu ərazidə 5 mindən çox buzlaq var. Bunların çoxu iqlim dəyişkənliyi nəticəsində əriməyə başlayıb. Belə ki, Çiatibo buzlağı hər il təxminən 32 fut (10 metr) geri çəkilir.

Şahzadə Uilyam deyib ki, İngiltərə və Pakistan qlobal fəlakətin qarşısının alınması üçün birgə çalışacaq(azərtac).