İngiltərə kraliçası uzun müddətdən sonra ziyafətdə iştirak edib

İngiltərə kraliçası II Elizabet Bukinqem sarayında təşkil edilən ziyafətdə iştirak edib.

Ötən ilin oktyabr ayında xəstəxanada bir neçə gün keçirən kraliça ictimaiyyət arasında nadir hallarda görünür. Ziyafətdə kraliçaya ən yaxın dairədən məhdud sayda adam dəvət edilib.

Saraydan verilən məlumata görə, II Elizabet fevralın 6-da platin yubileyini qeyd edən ilk Britaniya kraliçası kimi tarixə düşəcək.

Bazar günü kraliçanın taxta çıxması rəsmi şənlik olmadan qeyd ediləcək. Çünki 1952-ci il 6 fevral həm də kraliçanın atası VI Georqun ölüm günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ-ın sanksiyalarının ləğvi 6 ay çəkə bilər” –

Sonrakı məqalə

İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib