İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri Moskvada güllələndi –VİDEO

İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev Moskvada güllələnərək öldürülüb.

Bu barədə “RİA Novosti”yə İstintaq Komitəsi məlumat verib. Şöbədən bildirilib ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Bundan əvvəl paytaxt polis idarəsinin mətbuat xidməti agentliyə Akademik Anoxin küçəsində baş verən atışma barədə məlumat vermişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, naməlum şəxs tapança ilə iki nəfəri vurub. “RİA Novosti”nin mənbəyi cinayətkarın tutulması üçün paytaxtda “Saxlanılma” planının tətbiq olunduğunu da söyləyib. Agentliyin həmsöhbəti qeyd edib ki, silahlı insident zamanı öldürülən digər şəxs Elcarkiyevin qardaşıdır.

https://youtu.be/NyXnDINxRc4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdə dalğaların hündürlüyü 7 metrdən 4 metrə enib –

Sonrakı məqalə

Sabiq sovet zabiti, keçmiş aşpaz və milyonçu Mübariz Mənsimov: