İnsan yuxularını niyə yadda saxlaya bilmir? –Yapon alimləri açıqladı

Yapon alimləri insan beynindən yuxunun silinməsi mexanizmini və hansı yuxuların yadda saxlandığını açıqlayıb.

Bu barədə “Science” nəşri məlumat yayıb. Tədqiqatçılar təcrübələri siçanlar üzərində aparıb. Elm adamları, iştahı və tez yuxuya getməyi təmin edən melanin neyronlarının, yəni diqqət hormonunun (MSN) beyinin əhəmiyyətsiz məlumatları unutmasına yardımçı olduğunu aşkar edə bilib.

Elm adamları, eyni zamanda, xəyalların niyə tez-tez unudulduğunu da müəyyən ediblər.
Qeyd olunur ki, yuxunun ilk mərhələsində insanda yuxugörmə olur. Bu, MSN hüceyrələrinin aktiv vəziyyətində baş verir.

Beləliklə, bu qrup hüceyrənin aktiv fəaliyyəti yuxuları hipokampusda saxlamağa imkan vermir. Bu səbəbdən də insanlar yuxularını unudur.(Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Adil İsmayıovun vəkillik fəaliyyəti bərpa olundu –

Sonrakı məqalə

Ərdoğan BMT tribunasından dünyaya bəyan etdi: