İntensiv yağışlarla əlaqədar 84 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
FHN-dən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...