İnternetə giriş üçün mütləq şəkildə pasportdan istifadə təklif edilir- Rusiyada

Rusiyada internetə giriş üçün mütləq şəkildə pasportdan istifadə olunması təklifi irəli sürülüb.

Belə bir təklif Rusiya Dövlət Dumasının və Federasiya Şurasının rəhbərliyinə təqdim olunub. Təklifin müəllifi, “Avanti” Sahibkarlar Assosiasiyasının rəhbəri Rəhman Yansukovun sözlərinə görə, Rusiyada internetdən istifadə etmək istəyən hər kəs pasport vasitəsilə qeydiyyatdan keçməlidir. Bu, internet istifadəçilərinin qanunazidd əməllərini dərhal aşkar etməyə və belə şəxsləri üzə çıxarmağa, eləcə də uşaqları və yeniyetmələri qlobal şəbəkədəki mənfi təsirlərdən qorumağa imkan verəcək. O xatırladıb ki, Avstriyada artıq 2020-ci ildən internet istifadəçiləri mobil telefonlarının nömrələri vasitəsilə qeydiyyatdan keçməli olacaqlar.

Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi təşəbbüsü müzakirəyə çıxarmağa razılıq verib(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda dam örtüyü çökən yataqxanadakı məcburi köçkünlər köçürüləcək

Sonrakı məqalə

Moldova parlamenti hökumətə etimadsızlıq göstərib