Avropaya sığınan daha bir azərbaycanlı mühaciri “İnterpol” saxlayıb.
Azərbaycanlı mühacir Daşqın Ağalarlı Azərbaycan polisinin sorğusu əsasında “İnterpol” tərəfindən Polşanın Qdansk aeroportunda saxlanılıb. Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib. Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb. Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib