“İnterpol”un saxladığı Yanacaq Komitəsinin sabiq sədr müavini zaminə buraxılıb

Polşada, Qdansk aeroportunda yanvarın 6-da saxlanılan Norveçdə sığınacaq almış Azərbaycan vətəndaşı Daşqın Ağalarlı bu gün, yanvarın 8-də zaminə buraxılıb.

Bu barədə Ağalaralının özü Amerikanın Səsinə müsahibəsində bildirib.

O bildirib ki, bir Polşa vətəndaşı tərəfindən zaminə götürülüb. Çünki fərd ünvanını təsdiq etməlidir.

“Hazırda azadlıqdayam. Amma ekstradisiya prosesi davam edir. Hər iki həftədən bir polisə gedib imza atmalıyam. Mənə qarşı əvvəllər olan ittiham əsasında yenidən daha absurd ittiham irəli sürüblər. Mən ittihamın yalan olduğunu təsdiq etməliyəm. Artıq səndələri toplamışam,” o qeyd edib.

Bununla yanaşı, Ağalarlı ekstradisiya işinin iki ayadək davam edəcəyini güman edir.

Ekstradisiya bitənədək Qdansk şəhərini tərk edə bilməz.

Ağalarlı yeni titihamdan danışarkən deyib ki, ona qarşı əvvəl guya 2010-cu ilin fevralından 2011-ci ilin iyununa qədər 4500 manat vergidən yayınma ittihamı irləli sürmüşdülər.

“Bu ittihamı ifşa edən o idi ki, mən 2010-cu ilin sentyabrından sonra Azərbaycanda olmamışam. Vergi inspeksiyasının regional bölməsinin özünün məlumatına görə, mən adı çəkilən şirkətdə cəmi 15 gün icraçı direktor işləmişəm və həmin müddətdə də şirkətin fəaliyyəti olmayıb. Amma, indi yenidən mənə qarşı elə bir dönəmə görə ittiham irəli sürüblər ki, ümüumiyyətlə o dönəmdə mən Azərbaycanda elə bir şirkətin olduğunu bilməmişəm. İndi mənə 2010-cu ilin fevralından iyuluna qədər olan dövrə görə ittiham veriblər.”

Ağalarlı yeni ittihamın nə ilə bağlı olduğunu izah edə bilməyib.

“Səbəb nədir bilmirəm. Bunlar bu məsələni niyə belə yenidən qaldırıblar bilmirəm.”

Fəal sısiyasi sığınacaq aldığı Norveç hökuməti tərəfindən müdafiə edildiyini bildirib.

“Norveç hökuməti operativ reaksiya bildirdi. Norveçdə artıq müvafiq sənədlər toplanıb və bu gün bu ölkənin Polşadakı səfirliyinə çatdırılıb. Səndələrdən öncə də səfirlik mənim bu ölkədən sığınacaq aldığımı və Norveçin müdafiəsi altında olduğumu prokurorluğa bildirmişdi.”

O təhlükəsizliyi ilə bağlı hələ fərdi qaydada tədbirlər düşünüldüyünü deyib.

“Amma Norveç hökuməti yaxın günlərdə mənim yaşayış yerimlə bağlı tədbir görüləcəyi barədə bilgi göndərib,” Ağalarlı müsahibəsində qeyd edib.

Varşava Helsinki Komitəsi fəalın hüquqlarının müdafiəsi məqsədi ilə hüquq müdafiə təşkilatları adından vəkil tutub. Hazırda vəkili Tomasz Snarski Ağalarlının hüquqlarınəı müdafiə edir.

Norveçdən sığınacaq almış Daşqın Ağalarlı yanvarın 6-da Qdansk aeroportunda Azərbaycanın müraciəti ilə Interpol xəttilə saxlanıb.

Azərbaycan və Polşa rəsmiləri Daşqın Ağalarlının saxlanılması ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Müxalif fəal Dağqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılıb. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib.

Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xəttilə axtarışa verib. Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanılıb. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən o, azadlığa buraxılıb.

Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanılıb, sonra sərbəst buraxılıb. Sonrakı illərdə müxalifətdə olan Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşsiz qalmış xalq artisti bekarçılıqdan bezib:

Sonrakı məqalə

Qasım Süleymani İranın Yaxın Şərqdəki müttəfiqlərini necə idarə edirdi?