Gənc şair Həsən Kür intihara cəhd edib. TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır. "22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir.   İntihara cəhd bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb. O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.