İordaniya ABŞ hərbi bazasına hucum xəbərini təkzib edib

İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

Bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, – deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.