“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deputatlığa namizədliyini verdi

27 Dekabr 2019 - 14:54

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov 2020-ci il fevralın 9-da keçiriləcək Parlament Seçkilərinə qatılmağa qərar verib.

Bu barədə “İrəli” sədri öz “Feysbuk” hesabında məlumat verib:

“2005-ci ildən Azərbaycan Gənclər Siyasətində aktiv iştirakımla, bir çox yerli və beynəlxalq layihələrin, ölkə əhəmiyyətli geniş tərkibli layihələrin və tədbirlərin həyata keçirilməsində yaxından iştirak etdim. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarında çalışdım, bir çox regionlarımızda gənclərin inkişafı üçün layihələrin ideya müəllifi oldum və 2015-ci ildə “İRƏLİ” Gənclər Hərəkatına rəhbərlik edirəm. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın ictimai fəaliyyəti sahəsində xüsusi fərqləndiyinə görə” Prezident mükafatına layiq görüldüm. Bir neçə dəfə, cənab Prezidentin sərəncamı əsasında müxtəlif ictimai vəzifələrə təyin olundum. Azərbaycan adını uca tutmaq üçün istər gənclər, istər idman, istərsə də beynəlxalq təşkilatlarda Vətəni layiqli təmsil etmək üçün çalışdım. Gənclərimizin vətənpərvərlik inkişafında dayanmadan fəaliyyət göstərdim. Ölkəmizdə keçirilən geniş tərkibli islahatlar fonunda, cənab Prezidentin gənclərlə bağlı dəfərlərlə səsləndirdiyi çağırışlara cavab vermək üçün, 2020-ci il keçiriləcək Parlament Seçkilərində iştirakıma qərar verdim ! Vətənə, millətə xeyirli olsun”.