İrəvan Qarabağın statusu üçün ATƏT-ə müraciət edib –Ermənistan Minsk Qrupuna ümid edir?

 Ermənistanın xarici işlər naziri Ara Ayvazyan aprelin 1-də Moskvaya səfər edəcək.

Azpost.info bildirir ki, A.Ayvazyan MDB-nin xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək. Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da tədbirə qatılacaq.

Toplantı çırçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilmir.

A.Ayvazyan parlamentin xarici əlaqələr Komissiyasının iclasında çıxışında deyib ki, Ermənistan Qarabağla bağlı regionda yaranmış yeni situasiya üçün özünün yanaşma prinsiplərini işəyib hazırlayıb və onları ATƏT-in Nazirlər Şurasına təqdim edib.

A.Ayvazyanın mövqeyinə görə, Ermənistan yenə köhnə qaydada Qarabağın statusu haqqında qərar qəbul edilməsində, ötən illərdə işlənib hazırlanmış prinsip və elementlər əsasında ATƏT-in Misnk Qrupunun sülh prosesinə rəhbərlik etməsində israrlıdır.

İrəvanın bu məntiqsiz israrının 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyətə adekvat olmadığı aydınlaşır. Erməni diplomatik dairələrinin acı məğlubiyyəti köhnə ibarələrlə ört-basdır cəhdləri siyasi korluqdan xəbər verir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri ordu komandanlığı ilə müşavirə keçirdi –

Sonrakı məqalə

Aprelin 1-dən Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılır