İrəvanda Paşinyanın əleyhdarlarının mitinqi başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağıran müxalif “Vətəni xilas etmə uğrunda” Hərəkatının mitinqi bu gün İrəvanın mərkəzində, parlament binasının qarşısında başlayıb.

Bu barədə TASS agentliyi məlumat verib.

Mitinqin təşkilatçılarından biri Qeqam Manukyan bildirib ki, indiyə kimi mitinqləri təşkil etməməklərinə baxmayaraq, xain Nikol Paşinyanla mübarizədə bir dəqiqə də dayanmayıblar.

Müşahidəçilərin qeyd etdiyi kimi, bütün erməni liderləri bu gün ənənəvi olaraq mühüm xristian bayramında kilsəyə gediblər. Lakin Paşinyan 28 martdakı bayram mərasimində görünməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirilib –

Sonrakı məqalə

Qobustanda iki mina aşkar olunub