İran 700 İsrail casusunu tutub– Tehranda 10 min PUA müsadirə olundu

İran nüvə
İran nüvə

İranın xüsusi xidmət orqanları İsraillə münasibətlərin kəskinləşdiyi bir dövrdə genişmiqyaslı kəşfiyyat əməliyyatı həyata keçirib. AzPost xəbər verir ki, rəsmi Tehran İsrailə işlədiyi iddia edilən 700 casusun saxlandığını bəyan edib.

Bu barədə İrana yaxınlığı ilə tanınan Nour News məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslər İslam Respublikasının təhlükəsizliyinə qarşı bir sıra cinayətlər törətməkdə ittiham olunurlar. Onlara qarşı irəli sürülən əsas ittihamlar arasında əldəqayırma partlayıcı qurğular hazırlamaq, hərbi obyektləri lentə almaqbu görüntüləri İsrail kəşfiyyatına ötürmək yer alır.

Həmin şəxslərin bir qismi həmçinin Təl-Əvivin maraqları üçün pilotsuz uçuş aparatları (PUA) idarə etməkdə təqsirləndirilir. İran mətbuatı bildirir ki, təkcə paytaxt Tehranda on minə yaxın İsrailə məxsus PUA aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, bu əməliyyatların İsraillə son 12 günlük silahlı münaqişə fonunda həyata keçirildiyi vurğulanır. İran tərəfi bu kəşfiyyat fəaliyyətlərini ölkəyə qarşı “hibrid müharibənin bir hissəsi” kimi dəyərləndirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.