İran ABŞ-a qarşı hərbi əməliyyatı dayandırdı –BMT-dəki nümayəndəsi açıqlama verdi

İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi Tehranın ABŞ-a qarşı yeni hərbi əməliyyatlar keçirib-keçirməyəcəyi barədə danışıb. 

Məcid Taxt-Ravançinin sözlərinə görə, İranın bütün əməliyyatları İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı Qasım Süleymaninin öldürülməsinə proporsioanal idi və onlar yekunlaşıb.

“Əgər ABŞ daha İrana qarşı hərbi əməliyyatlar keçirməyəcəksə, biz də belə əməliyyatlara əl atmayacağıq”, – Taxt-Ravançi əlavə edib. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərkəzi Bank əmlak sığortasına aydınlıq gətirdi:

Sonrakı məqalə

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib