Prezident Məsud Pezeşkianın başçılıq etdiyi İran nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların yeni raunduna başlamağa çalışacaq.
Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Nyu-Yorkda prezidentdən bir neçə gün çox olacağam və başqa ölkələrin xarici işlər nazirləri ilə daha çox görüşüm olacaq. Nüvə məsələləri ilə bağlı danışıqların yeni raunduna başlamağa çalışacağıq”, – Əraqçi qeyd edib.
Onun sözlərinə görə, Tehran yeni mərhələyə başlamağa hazırdır və qarşı tərəf maraqlı olarsa, bu səfər zamanı danışıqlar bərpa oluna bilər.
Azpost.info