İran ABŞ hərbi bazasına PUA hücumu ilə bağlı ittihamı rədd edib

2020-01-09T223152Z_779074053_RC2MCE979MYD_RTRMADP_3_IRAN-NUCLEAR-EUROPE-pic905-895x505-33395

İranın ABŞ hərbi bazasına PUA hücumu ilə heç bir əlaqəsi yoxdur.

Azpost.info bildirir ki, bu sözləri İranın BMT-dəki adı açıqlanmayan nümayəndəsi İRNA xəbər agentliyinə bildirib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı bazar günü İordaniyanın şimal-şərqində ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin öldüyünü, 25-in isə yaralandığını bildirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin ABŞ bazasına hücum zamanı yaralanan hərbçilərin sayının 34-ə yüksəldiyini, onlardan 8-nin təxliyyə edilməsini tələb etdiyini bildirib.

İordaniya hökumətinin rəsmi nümayəndəsinin açıqlamasına görə, Suriya tərəfində İordaniya sərhədi yaxınlığında yerləşən Amerika hərbi bazası əl-Tanf hücuma məruz qalıb.

Adı açıqlanmayan bir məmur agentliyə “İranın Amerika bazasına hücumla heç bir əlaqəsi yoxdur” deyib.

ABŞ prezidenti Co Bayden əl-Tanf bazasına hücumuda İranı ittiham edib.