İran ABŞ-ın 15 maddəlik atəşkəs təklifini alıb-Pakistan rəsmisi

ABŞ-İran
ABŞ-İran

İran ABŞ-ın müharibəni dayandırmaq üçün 15 maddədən ibarət təklifini alıb.

Bu barədə “The Associated Press” iki Pakistan rəsmisinə istinadən məlumat yayıb.

Rəsmilər təklifi ümumilikdə sanksiyaların yumşaldılması, mülki nüvə əməkdaşlığı, İranın nüvə proqramından geri çəkilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti, raket istehsalı üzrə məhdudiyyətləri və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkət rejimi kimi mövzuları əhatə edən bir paket kimi təsvir edirlər.

Qeyd edək ki, hazırda Pakistan ABŞ və İran arasında vasitəçilik edir və rəsmilərin sözlərinə görə, atəşkəs danışıqları bu həftə İslamabadda keçirilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.