İran Arazın sahil bəndlərini hündürləşdirir

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Poldəşt rayonu ərazisində Araz çayının 6,7 kilometr uzunluğunda sahili sel və daşqınların qarşısını almaq məqsədilə bəndləmə aparılır, sahillər hündürləşdirilir.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Poldəşt rayonunun qubernatoru Mehran Səfəri deyib.

M.Səfərinin sözlərinə görə, bu planı icra etmək üçün 250 milyard rial (təxminən 5,9 milyon dollar) vəsait nəzərdə tutulub.

Qubernator əlavə edib ki, indiyədək Araz çayının 33 kilometr uzunluğunda sahili hündürləşdirilib.

“İran və Azərbaycan arasında Araz çayı ilə əlaqədar protokolları nəzərə alaraq, Araz çayı sahillərinin hündürləşdirilməsində məqsəd çayın deltası və çaykənarı kəndlərin mövsümi sel və daşqınlardan qorunmasıdır”.

M.Səfəri deyib ki, işlərin gələn ilin martına qədər başa çatdırılacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda məşhur şadlıq sarayı cərimələndi

Sonrakı məqalə

AQTA-nın apardığı yoxlamaları onlayn izləmək mümkün olacaq