Əgər Avropa güzəştlərə getməsə İran sentyabrın 5-də nüvə sazişi ilə bağlı bir çox öhdəliklərdən imtina edəcək.
Azpost.info İRİB-ə istinadən bildirir ki, bu barədə xarici işlər naziri Cavad Zərif çıxış edib:
“Əgər Avropa ölkələri heç bir hərəkət etməsələr biz öz öhdəliklərimizin məhdudlaşdırılması ilə bağlı üçüncü addımımızı atacağıq”.
İyul ayında İran uranı nüvə sazişi çərçivəsində razılaşdırılmış faizindən yuxarı səviyyədə zənginləşdirməyə başlayıb. Tehran bunu ölkənin elektrik enerjisinə olan tələbətı ilə əsaslandırıb. Bunun əvəzində ABŞ İranı yeni sanksiyalarla hədələyib.