Dubayda yerləşən "23 Marina" adlı göydələnə İranın kamikadze dronu çırpılıb. Bu barədə "Daily Expess" məlumat yayıb. Məlumata görə, 90 mərtəbəli binanın 88-ci mərtəbəsi zərər görüb. Hazırda xilasedicilər hadisə yerində insanları təxliyə edir. 90 mərtəbəli binada ABŞ kəşfiyyatının əməkdaşlarının olduğu iddia edilir. Hadisə ilə bağlı Dubay rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

AzPost.az