"İran silahlı qüvvələrinin hücum və müdafiə əməliyyatları güclü şəkildə davam edir". Azpost.info -nun məlumatına görə, Fars agentliyinin verdiyi məlumata görə bu barədə "Xatəm əl-Ənbiya" hərbi qüvvələrinin Mərkəzi Komandanlığı bildirib. "Düşmən İranın enerji infrastrukturuna hücum etməklə ciddi səhv edib. Cavab tədbirləri artıq başlayıb və hələ başa çatmayıb"- deyə bəyanatda vurğulanıb. "Əgər belə hucum yenidən baş verərsə, enerji infrastrukturunuza qarşı əlavə hücumlar tamamilə məhv edilənə qədər dayandırılmayacaq" - deyə bəyanatda bildirilir.

AzPost.az