İran Fars körfəzində ABŞ-ın hərbi gəmilərinin qarşısını kəsdiyini bəyan edib

20 Aprel 2020 - 09:52

İranın yarı-hərbi İnqilab Qvardiyası aprelin 19-da Fars körfəzində ABŞ-ın hərbi gəmilərinin qarşısını kəsdiyini etiraf etsə, Amerikanın insident yol açdığına dair iddia irəli sürməyib.

Ötən çərşənbə günü baş verən bu insident haqda ABŞ-ın Dəniz Donanması video açıqlayıb. Videoda İranın sürətli qayıqlarının Küveyt yaxınlığında ABŞ gəmilərinə yaxınlaşdığı göstərilir.

İnqilab Qvardiyası qüvvələrin həmin vaxt təlimdə olduqlarını və Amerikanın qeyri-professional və provokativ əməlləri, xəbərdarlıqlara məhəl qoymaması ilə üzləşdiyini bildirib. İran daha sonra amerikalıların bölgəni tərk etdiyini deyib.

İnqilab Qvardiyası iddialarını sübut edəcək heç bir video və digər dəlil göstərməyib, lakin amerikalıların 6-sı və 7-si İranın hərbi gəmilərinin qarşısını aldığını bildirilib. Lakin buna dair heç əyani sübüt irəli sürülməyib.

İnsident İranla ABŞ arasındakı gərginliklər vaxtına təsadüf edir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün tvit edərək, prezident Trampı bir daha tənqid edib. Nazir bildirib ki, dünyada koronavirusun ən ağır təsirinə məruz qalmasına baxmayaraq, Tehran ventilyatorların ixracına başlayacaq. (Amerikanın Səsi)