İran hökumətinin sözçüsü:"İğtişaşlar 80 faiz səngiyib"

İranda benzin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”.

İran hökumətinin rəsmisi deyib ki, etirazlar zamanı həmin şəxslər tərəfindən dəfələrlə odlu və soyuq silahlardan istifadə olunub.

Rəbii bildirib ki, İran dövləti etiraz haqqını İran xalqının haqqı hesab edir, amma xalqla iğtişaşçılar arasında fərq vardır.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə, bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bazar günü Lənkərana gəlmək üçün səbəb var-

Sonrakı məqalə

SEPAH İrandakı etiraz aksiyaları ilə bağlı bəyanat yayıb: