İran Hörmüz boğazını qismən aça bilər

Rəsmi Tehran Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran rəsmiləri arasında Pakistanda keçiriləcək görüş ərəfəsində aprelin 10-da və 11-də Hörmüz boğazını məhdud və nəzarətli şəkildə aça bilər.

Bu barədə danışıqlarda iştirak edən yüksəkvəzifəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

“Danışıqların çərçivəsi barədə razılığa gəlinərsə, boğaz məhdud şəkildə, İranın nəzarəti altında açıla bilər. İran hərbçiləri tərəfindən hərəkətlərin koordinasiyası bütün gəmilər üçün məcburi olacaq. Atəşkəs hələ də kövrək olaraq qalır, lakin biz davamlı sülhə üstünlük veririk, amma İran müharibəyə qayıtmaqdan da qorxmur”, – deyə o vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.