“İran ilə Azərbaycanın sərhədi əbədi olaraq qardaşlıq sərhədi kimi qalacaq” –

İran səfiri
18 Noyabr 2020 - 11:34

“İran İslam Respublikası ilə Azərbaycan Respublikası ortaq tarixə, mədəniyyətə və dini köklərə bağlı ölkələrdir. Bu səbəbdən hər iki dövlətin sərhədi sülh və dostluq sərhədinə çevrilib”.

Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi özünün “Twitter” hesabında yazıb.

Səfir diqqətə çatdırıb ki, İran ilə Azərbaycanın sərhədi əbədi olaraq dostluq və qardaşlıq sərhədi kimi qalacaq.