İran-İraq müharibəsində şəhid olmuş 192 əsgərin cəsədi ölkəyə gətirilib

23 İyun 2020 - 09:30

İran-İraq müharibəsi (1980-1988) zamanı şəhid olmuş 192 əsgərin cəsədi ölkəyə gətirilib.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qarşılama mərasimində yalnız şəhid ailələri iştirak ediblər.

İranın Müdafiə Nazirliyinin açıqlamasına görə, əsgərlər müharibə zamanı İraq ərazisində keçirilən “Kərbəla”, “Xeybər”, “Ramazan” və “Bədr” əməliyyatlarında şəhid olublar.

İraq Prezidenti Səddam Hüseyn devrildikdən sonra rəsmi Tehran ilə Bağdad arasındakı münasibətlər yaxşılaşdı və İraq ərazisində həlak olan iranlı əsgərlərin kimliyi müəyyənləşdirilərək ölkəyə qaytarıldı.

Qeyd edək ki, 8 il davam edən İran-İraq müharibəsində 230 min iranlı həlak olub.