İranın Silahlı Qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə ikinci hücum dalğasını həyata keçirib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Hücumların raketlərlə həyata keçirildiyi qeyd olunur. Yeni hücumun dəqiq hədəfləri barədə məlumat verilmir.
ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar hazırda təcili iclas keçirirlər. (APA)