İran İsrailə doğru daha bir raket hucumu həyata keçirib.
Azpost.info bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İDF İrandan İsrail Dövləti ərazisinə doğru atılan raketləri aşkar edib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır. İctimaiyyətə məsuliyyətlə davranmaq və təlimatlara əməl etmək tövsiyə olunur. Mühafizə olunan ərazini tərk etməyə yalnız aydın təlimatlar alındıqdan sonra icazə verilir”, – deyə İDF qeyd edib.