İran itthamları rədd etdi:“Neft yataqlarına hücum etməyimiz yalandır”

İran Xarici İşlər Nazirliyi (XİN) Yəməndəki husilərin Səudiyyə Ərəbistanın neft yataqlarına hücumuna münasibət bildirib.

İran XİN-in sözçüsü Seyid Abbas Musəvi deyib ki, 5 ildir Yəməndə müharibə gedir.

“İran açıq şəkildə elan edib ki, Yəmən xalqı və onların hüquqlarını dəstəkləyir. Səudiyyə Ərəbistanında neft yataqlarına hücumla bağlı bizə qarşı olan iddialar yalandır və kökündən əsassızdır”, – A. Musəvi vurğulayıb.

Qeyd edək ki, sentyabrın 14-də husilər dronlarla Səudiyyə Ərəbistanının neft yataqlarına zərbə endiriblər. Bu məsələdə ABŞ İranı günahlandırır. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Sevilya” klubunun baş məşqçisi:

Sonrakı məqalə

Prezident və birinci xanım Binəqədiyə gəlib –