İran kredit üçün Rusiya hökumətinə müraciət edib

“İran elektrik stansiyası, dəmir yolları tikmək və metro vaqonları almaq məqsədilə Rusiya hökumətinə 2 milyard dollar həcmində kreditə üçün müraciət edib”.

APA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

O bildirib ki, İranın müraciəti müəyyən layihələri həyata keçirmək məqsədilə edilib: “Bununla bağlı Maliyyə Nazirliyi məsələyə baxır. İstənilən vəsait təxminən 2 milyard dollar həcmindədir”.

Rusiya energetika nazirinin sözlərinə görə, İrana əvvəllər verilən kreditlərlə birlikdə hazırkı müraciəti də nəzərə alsaq, bu rəqəm 5 milyard dollar edir: “İran tərəfi ümumi həcminin 5 milyard dollara çatmasını xahiş edib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs edilib

Sonrakı məqalə

“Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti bərpa olunub-