İran nüvə proqramının bərpası istiqamətində 4-cü addımını atacaq

- Bu tarixdə
05 Noyabr 2019 - 16:20

Sabah İran nüvə proqramının bərpa edilməsi istiqamətində 4-cü addımını atacaq.

Azərtac xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, 4-cü addım nüvə obyektlərini qazla təmin etməkdən ibarət olacaq.

Prezident bəyan edib ki, qarşı tərəf razılaşmaya əməl etmədiyi təqdirdə İran da əməl etməyəcək. Lakin ABŞ və Avropa dövlətləri öz imzalarına sahib çıxaraq əldə olunan razılaşmaya əməl etsələr İran da nüvə proqramının bərpasını dayandırar.

Ötən gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, uranın zənginləşdirilməsini 20 faizə çatdırmaq üçün İrana 4 dəqiqə vaxt lazımdır.

Uranın bu həcmdə zənginləşdirilməsindən nüvə silahının yaradılmasına isə addımlıq məsafə qalır.