İran nüvə silahından imtina edəcəyini deyir –ABŞ Prezidenti

ABŞ Prezidenti Donald Tramp İranın şəxsi danışıqlarda nüvə silahından imtina edəcəyini bildirdiyini iddia edib.

Bu barədə Tramp “The New York Post”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tehran qeyri-rəsmi görüşlərdə nüvə proqramından imtina etdiyini desə də, ictimaiyyət qarşısında uranın zənginləşdirilməsi hüququnu müdafiə edir.

Tramp İranın səmimiliyinə şübhə etdiyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.