İran Ordusunun Baş Komandanı Hatəmi sağdır. Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb. ABŞ və İsrailin səhər zərbələrindən sonra İran Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmiyə qarşı sui-qəsd cəhdi barədə şayiələr yayılmışdı. Mehr agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, generalın səhhəti yaxşıdır və həyatı və təhlükəsizliyi təhlükə altında deyil.

AzPost.az