İran polisi 950 ton narkotik vasitə müsadirə edib

24 İyun 2020 - 08:55

Cari ilin ötən dörd ayı ərzində İranın polis və sərhəd xidməti tərəfindən 950 ton narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq məqsədilə aparılan mübarizədə 3800 polis əməkdaşı və sərhədçi həlak olub. Silahli qaçaqmalçılarla baş verən toqquşmalarda 12 min polis əməkdaşı xəsarət alıb.

Əfqanıstandan İrana daxil olan narkotik vasitələr buradan Avropaya daşınır. İran bu tranzit yolun kəsilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.