İran prezidenti sabah Ermənistana gedir –"Yeni SSRİ"nin sammiti başlanır

Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

H.Ruhani  İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq.

Qeyd edək ki, 30 sentyabr – 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur. (APA)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir