İran prezidenti Türkiyəyə gedib –

Ankarada Ərdoğan, Putin və Ruhaninin zirvə görüşü olacaq
16 Sentyabr 2019 - 08:07

İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfərə gedib.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə İran prezidentinin rəsmi saytında bildirilir.

Məlumata əsasən, H.Ruhani Ankaraya sentyabtın 16-sı keçiriləcək Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün səfər edib. Qeyd edilir ki, Rusiya və Türkiyə liderləri ilə üçtərəfli görüşdən əlavə, İran prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşlər də keçirəcək.

Bildirilir ki, tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.