Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib. Bu haqda BBC məlumat yayıb. İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığı bildirilir. Qeyd edək ki, ABŞ mətbuatında İranın yaxın saatlarda bu ölkənin Qətərdəki hərbi bazalarından birinə raket zərbəsi endirə biləcəyi ilə bağlı iddialar səslənib. İranın dövlət televiziyası ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazasına qarşı "Bərəkət əl-Fəth" əməliyyatının başladığını elan edib. Reuters xəbər verir ki, İraqdakı Ayn əl-Əsəd aviabazasındakı ABŞ hərbçilərinə sığınacağa girmək əmri verilib.   *** Qətərin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin Əl-Udeid Hərbi Hava Bazasına yönələn raket hücumunu uğurla dəf etdiyini bildirib. Nazirlik hücum nəticəsində ölən və yaralanan olmadığını vurğulayıb https://www.youtube.com/shorts/NnfR6AS4l8I?feature=share   [video width="720" height="1272" mp4="https://azpost.info/wp-content/uploads/2025/06/qeter-video.mp4"][/video]   AzPost.az