İran səfirliyi bəyanat yaydı:"İran "DQR" komandasının iştirakına icazə verməyib"

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bildirir ki, Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

Musavat.com xəbər verir ki, səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməmişdir.

Həmçinin bildirilir ki, bu olimpiada qeyri siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcəkdir. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polisi təhqir edən sürücü barəsində araşdırma aparılır

Sonrakı məqalə

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının katibini qəbul edib