İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.
Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur. (APA)