İran sərhəddində türk patrulu atəşə tutuldu –

1 əsgər şəhid oldu, yaralılar var
18 Oktyabr 2019 - 11:01

Türkiyə-İran sərhədində insident baş verib.

Vanın Çaldıran ilçəsində patrul xidmətinin avtomobilinə İran sərhədindəki terrorçular atəş açıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya yerləşidirilib. (Publika.az)

Hücumdan sonra genişmiqyaslı əməliyyat başladılıb.