İran səfirliyindəki yanğının qarşısı alınıb

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb. 

Səfirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildi

Sonrakı məqalə

“WADA-nın bu qərarı anti-Rusiya isteriyasının davamıdır” –